Yazını böyüt
Yazını kiçilt
Opta superkompüteri 2026-cı il Dünya Çempionatının qrup mərhələsinin ikinci turundan sonra turnirin əsas favoritlərinin reytinqini açıqlayıb.
Hafta.az xəbər verir ki, siyahıya Argentina milli komandası başçılıq edir. Komandanın dünya çempionu olmaq ehtimalı 15,6 faiz qiymətləndirilib.
DÇ-2026-nın favoritlərinin ilk onluğu:
Argentina – 15,6%
Fransa – 15,1%
İspaniya – 12,8%
İngiltərə - 10,6%
Almaniya – 6,6%
Portuqaliya – 5,3%
Norveç – 5,2%
Braziliya – 5,0%
Niderland – 4,3%
ABŞ – 4,0%
Beləliklə, Opta-nın hesablamalarına görə, hazırda Argentina millisi dünya çempionluğu uğrunda yarışda ən şanslı komanda hesab olunur.